Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gələcəkdə il ərzində daha çox imtahanlar keçirilə bilər

“Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir şans deyil, 1-4-cü qruplarda iki dəfə imtahan vermək şansı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanları keçirək”. Bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. M.Abbaszadənin sözlərinə görə, artıq iki ildir ki, abituriyentlərə iki ixtisas qrupu seçməyə imkan verilir: “Biz bu il 1-4-cü qruplara iki dəfə imtahan vermək imkanı da yaradırıq. Builki məzunların birinci imtahanda iştirak pulunu dövlət, digərini isə abituriyent ödəyəcək. Araşdırmalarımıza görə, ötən il ali məktəblərə ərizə verən və buraxılış vərəqəsi alan abituriyentlərin 8,4 faizi imtahana gəlmirdi. Yəqin ki, yeni qaydalar belə halların qarşısını alacaq”. Sədr qeyd edib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq: “Bu sənəd gənclərin imtahanda iştirakına çox müsbət təsir göstərəcək, onların təhsil almasına çox böyük təkan verəcək. Təbii ki, bu ilin məzunlarının hamısı qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət edənlər olacaq”. (trend)






28 Fevral, 2017  11:43 Baxılıb: 1466 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner