Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mart ayı üçün qeyri-iş günləri açıqlanıb

Ölkə qanunvericiliyinə uyğun olaraq, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə 1 gün, Növruz bayramı münasibəti ilə 20-24 mart tarixləri, yəni 5 gün qeyri-iş günü hesab edilir. Bu il Novruz bayramı günlərində 5 günlük iş həftəsi ilə işləyənlər 9 gün, başqa sözlə, martın 18-dən 27-dək (martın 27-də iş günü olacaq) istirahət edə biləcəklər. Ümumilikdə, bayram və istirahət günləri nəzərə alındıqda dövlət müəssisələrində 5 günlük iş həftəsi ilə çalışan işçilər mart ayı ərzində 14 gün, 6 günlük iş həftəsi ilə çalışanlar 10 gün istirahət edə biləcəklər.

Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.

Azərbaycan Respublikasının 30 dekabr 2005-ci il tarixli “Əmək Məcəlləsində əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanununa əsasən, bayram günləri həftə sonuna düşdükdə, bu bayramlar növbəti iş günlərinə keçirilir.






27 Fevral, 2017  16:31 Baxılıb: 1510 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner