Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Meyiti təmas xəttində qalanlardan biri Ağdamdan olan şəhiddir

Fevralın 24-dən 25-ə keçən Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş 5 hərbi qulluqçudan biri Ağdam rayonundandır.Bu haqda Modern.az-a Ağdam rayon icra başçısının köməkçisi Eldəniz Abdullayev məlumat verib.

E.Abdullayev deyib ki, şəhidin meyiti təmas xəttindəki neytral zonada qalıb:

“Şəhid 16 iyun 1988-ci il təvəllüdlü Qədimov Zülfü Rəhim oğludur. O, müddətdən artıq hərbi xidmətdə olub. Ağdam rayonun Mərzili kənd sakinidir. Məcburi köçkün kimi Beyləqan şəhərində məskunlaşıblar”.

Qurum rəsmisi eyni zamanda bildirib ki, hazırda Ağdam vəziyyət stabildir, hər kəs öz təsərrüfatında çalışır, bütün məktəblər işləyir:

“Gecə saatlarında da atışma olmayıb. Bundan başqa, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölgələrimizi atəşə tutması nəticəsində mülki əhalidən rayonda xəsarət alanlar yoxdur”.






27 Fevral, 2017  15:14 Baxılıb: 1459 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner