Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Abdolbari Gözəl : “Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik”

Dünən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərsun Holdinq" in prezidenti Abdolbari Gözələ "Şöhrət" ordenini təqdim edib. Simsar.az xəbər verir ki, “Xəyal ada”sında keçirilən təqdimat mərasimində çıxış edən Əli Həsənov “Azərsun Holdinq”in  bugünkü uğurlarından, qazandığı nailiyyətlərdən söz açıb: “Azərsun Holdinq” ölkəmizə yeni istehsalat mədəniyyəti gətirib. Bu şirkət ölkənin qida təhlükəsizliyinin təmin olunmasında müstəsna yer tutur. Holdinqin uğurlarının təməlində dayanan əsas amil odur ki, Abdolbari Gözəl bura ən zəhmətkeş insanları toplaya bilib. Bu şirkət daim ümumilli lider Heydər Əliyevin qayğısında olub.  Bu gün isə ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Çünki, bu şirkət Azərbaycan üçün çalışır, Azərbaycan vətəndaşına iş yeri verir, keyfiyyətli ərzaqla təmin edir. Bu gün Azərbaycanda Azərsun kimi çoxsaylı şirkətlər var ki, dövlətin bütün sahələr üzrə qayğısı ilə əhatə olunub."

Ə.Həsənov bildirib ki, dövlət başçımız ölkəmizdə qurulan, yeni istehsal, iqtisadi münasibətlərin təməlini təşkil edən şirkətlərə kifayət qədər yüksək qiymət verir: “ Onların nümunəsi kimi bu gün həmin şirkətlərdən birinin rəhbəri, Azərbaycan zəhmətkeşlərinin kifayət qədər yaxşı tanıdığı şəxsə  cənab Prezidentin təltif etdiyi "Şöhrət ordeni" təqdim ediləcək. Fəlsəfəsini "Qurani Kərim"dən götürən belə bir deyim var. Böyük Mövlanə bu kəlamı çox istifadə edirdi. “Hər gün öləcəyin kimi yaşa, amma  heç zaman ölməyəcəyin kimi çalış. Abdolbari Gözəl bu cür insanlardandır ki, heç vaxt ölməyəcəyi kimi çalışır, hər gün öləcəyi kimi  yaşayır." Çıxışının sonunda prezident köməkçisi A. Gözələ can sağlığı, uğurlar arzu edib.

Daha sonra Abdolbari Gözəl nitq söyləyərək, Azərbaycana gəlməyindən, keçdiyi yoldan, holdinqin yaranmasından danışıb: “Azərbaycana Turqut Özalın təklifi ilə gəlmişəm. O vaxt İrandan Türkiyəyə gedərkən Özala İsveçrəyə gedəcəyimi dedim. Özal isə məni israrla Azərbaycana göndərdi. O zaman ilk dəstəyi Heydər Əliyevdən aldıq”

Holdinqin inkişafından danışan prezident bildirib: “ Biz iş görərkən heç vaxt pulu, qazancı düşünməmişik. Bizdə bir məşhur misal var: böyük tikə boğazda qalar. Başqa sözlə, az ye, həmişə ye. Həmin dövrdə Azərbaycanda insanların maddi durumu çox pis idi, biz o çətinliklərin öhdəsindən gəldik” . A.Gözəl çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti hər zaman iş adamlarını dəstəkləyib, onlara kömək edib: Prezidentə təşəkkür edirik və can saglığı arzu edirik. İlham Əliyev hər zaman bizi , iş adamlarını dəstəklədi. Keçən il çox böyük irəliləyiş oldu. Eyni zamanda Mehriban xanım Avropa oyunlarında böyük təşkilatçılıq qabilliyəti göstərdi. Onun vitse prezident seçilməsi böyük uğurdur. Bu gün isə mənə prezident İlham Əliyevin verdiyi “Şörhət”ordeni təqdim edilir. Ölkə başçısının bu mükafatı onu göstərir ki, biz həqiqətən də çalışmışıq və çalışırıq. Bu mükafat mənə bir daha onu göstərdi ki, çəkilən zəhmət qiymətsiz qalmır. Mən ölkə başçısına öz dərin minnətdarlığımı bildirirəm".

Tədbirdə iştirak edən Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik də A. Gözəli “Şöhrət” ordeni alması münasibətilə təbrik edib: "Abdolbari Gözəli təbrik edirəm. Xeyirxah olmaq, on minlərlə insanın yuvasını qurmaq  böyük xidmətdir.”

Tədbirin digər iştirakçılarından biri, Sahibkarlar Konfederasiyasının sədri Mamed Musayev də təbriklərə qoşulub: “Gözəl bəyi təbrik edirəm. Prezidentə təşəkkur edirəm. Bu “Şöhrət” ordeni həm Gözəl bəyə, həm də sahibkarlara verilən dəyərdir.  Gözəl bəy tək “Azərsun”un baçsısı deyil, həm də Sahibkarlar Konfederasiyasının ən fəal üzvlərindəndir, aqrar komissiyanın sədridir. Həm də xeyirxah insandır , sahibkarlığın  inkişafına əl tutur.   Məlumat üçün bildirək ki, təqdimatda Azərsun Holdinq" in bu günə qədər keçdiyi yolu, şirkətin Azərbaycan iqtisadiyyatına töhvəsini əks etdirən film nümayiş olunub. Tədbirdə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov,  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər iş adamları da iştirak ediblər.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayının 28-də prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, A. Gözəl "Şöhrət" ordeni ilə təltif edilib.

Nihadə Eyyubova






24 Fevral, 2017  13:33 Baxılıb: 1995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner