Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bu küçə təmirə bağlandı - BAKIDA

Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsi bağlanır. “Azəravtoyol” ASC-dən Simsar.az -a verilən xəbərə görə, təmir işləri Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsində aparılır. Burda da köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunur. Bu səbəbdən küçənin sözügedən hissəsində avtonəqliyyat vasitələrini hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.Təmir işləri çərçivəsində sözügedən küçədə yeni yeraltı kommunikasiya xəttləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub. Aparılmış kompleks işlər yolun hərəkət hissələrinin tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Aparılan təmir işləri çərçivəsində piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq, asfaltlanıb, kənarlarına 1100 paqon-metr yeni səki daşları düzülüb.Təmir işləri zamanı hər iki küçədə - yəni Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrində yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 1100 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb.






24 Fevral, 2017  11:54 Baxılıb: 1462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner