Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əbülfəs Qarayev İndoneziya parlamentinin üzvləri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub. Ə. Qarayev İndoneziya Xalq Məsləhət Konqresinin sədr müavini Osman Sapta Odanq ilə keçirilən görüşü xatırladaraq həmin görüşdən sonra ölkə başçısının tapşırığı ilə İndoneziya vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edildiyini bildirib. İndoneziya parlamentinin nümayəndələri qarşılıqlı əlaqələrə maraq göstərdiklərini, mədəniyyət və turizm sahələri üzrə konkret işlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı İndoneziyadan Səudiyyə Ərəbistanına ümrə ziyarətinə gedən şəxslərin turist kimi Azərbaycana səfərlərinin təşkili məqsədilə birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

Görşüdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair hüquqi normativ bazanın yaradılması istiqamətində ilkin layihələrin hazırlanması və İndoneziya tərəfinə təqdim olunmasına dair də qərar qəbul edilib.






22 Fevral, 2017  18:36 Baxılıb: 1787 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner