Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xocalı faciəsi ilə bağlı tədbirlər planı hazırlanıb

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tədbirlər planı hazırlayıb. Simsar.az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib. Bildirilir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Fevralın 26-da İdarənin kollektivi Xocalı soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək. İdarənin tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzeylər və Heydər Əliyev mərkəzlərində sərgilər, anım gecələri, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, məlumat saatları və mühazirələr keçiriləcək.Həmçinin, İdarənin şəbəkəsinə daxil olan müəssisələrdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər nümayiş olunacaq.

Tədbirlərin keçirilmə tarixi və saatı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəsmi internet saytında yerləşdiriləcək.







20 Fevral, 2017  15:05 Baxılıb: 1443 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner