Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının bu yerlərində qaz olmayacaq

İstehlakçıların qaz təminatının yaxşılaşdırılması, təbii qaza olan tələbatın təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün daxili qaz şəbəkəsində aparılacaq təmir işləri, qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, həmçinin istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar, nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Simsar.az xəbər verir ki, görülən işlər zamanı, fevralın 20-də saat 09:00-dan 17:00-dək Abşeron rayonunun, eləcə də Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, eləcə də Xətai rayonunun Sarayevo, Q.Nəbi, Cavanşir, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlinski küçələrində, Gəncə prospekti və Zığ yolu ərazilərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.






20 Fevral, 2017  11:06 Baxılıb: 1437 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner