Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Fidan əsl primadonnadır”

“Maestro əmindir ki, Fidan dünyanın ən yaxşı opera səhnələrində bu rolların öhdəsindən gələ bilər” 

“Bravo, Fidan! Afərin!”. Gurultulu alqış sədaları səngiyəndən sonra məşhur italyan dirijoru Canluka Martsianonun dediyi ilk sözlər belə oldu. Məşhur italiyalı dirijor Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasında Misir şahının qızı Amneris rolunda Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın çıxışına valeh olub. SİMSAR.AZ-ın məlumatına görə həmin axşam Azərbaycan vokalçısının nümayiş etdirdiyi belkanto - italyan opera müğənnilərinə xas olan gözəl oxu tərzinə valeh olduğunu gizlətməyən tələbkar maestro Fidan Hacıyevanın tələffüzünün əsl italyan şivəsi təsiri bağışlamasını qeyd edib. Tamaşadan dərhal sonra Canluka Martsiano Fidan Hacıyevaya iki yeni rol – Donisettinin “Favoritka” operasında Leonora və Motsartın “Hamı belə edir” operasında Dorabella rolunu hazırlamağı təklif edib. Maestro əmindir ki, Fidan dünyanın ən yaxşı opera səhnələrində bu rolların öhdəsindən gələ bilər. 

Həmin axşam teatra gələn tamaşaçılar bu ölməz operanın beynəlmiləl ifasının necə yüksək səviyyədə səhnələşdirildiyini, necə deyərlər, nəfəslərini dərmədən müşahidə edirdilər: Dirijor pultu arxasında Canluka Martsiano dayanmış, Radames partiyasını Teymuraz Ququşvili, Aida partiyasını Çinarə Şirin ifa edirdi. Ramfis rolunda Əkrəm Poladov, Misir şahı rolunda Əli Əsgərov, Efiopiya çarı Amonasro rolunda Əvəz Abdullayev çıxış edirdi. Bütün aktyorlar yüksək sənət nümayiş etdirdilər. Bu musiqi bayramının quruluşçu rejissoru isə Bakı Musiqi Akademiyasının professoru, Fidan Hacıyevanın çoxillik müəllimi, Azərbaycanın əməkdar artisti Hüseyn Əliyev idi.
Tanınmış opera tənqidçisi, opera teatrında bütün premyeraların daimi tamaşaçısı Arif Hüseynov bu opera və Fidan Hacıyevanın ifası ilə bağlı bunları deyib: “Fidan Hacıyeva çox gözəl çıxış etdi. Məni heyran edən bu idi ki, Fidan metso-sopranoya xas olmayan yüksək notları necə səsləndirirdi. O, əsl primadonnadır”.

Tamaşadan dərhal sonra Bakı Slavyan Universitetinin dosenti Xuraman Mursaliyeva təəssüratını bölüşərək “Bu yaxınlarda mən elə bu səhnədə “Karmen” tamaşasına baxmışam. Fidan xanım həmin tamaşada çılğın ispan qadını rolunu çox gözəl ifa etdi. Sevindirici haldır ki, bu gün Misir şahının qızı Amneris rolunda çıxış edən Fidan eyni dərəcədə inandırıcı və parlaq təsir bağışladı” sözlərini deyib.

Ürəkdən gələn ifa, həqiqi istedad heç kəsi laqeyd qoymur. Müğənninin qəlbi oxuyanda minlərlə dinləyicinin qəlbi də bu ecazkar kamerton kimi əks-səda verir. İnanırıq ki, müğənninin ən böyük uğurları hələ irəlidədir.

Sevinc Vəliyeva






27 May, 2011  18:21 Baxılıb: 1331 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner