Gəncədə dəm qazı daha bir nəfərin həyatına son qoyub. Hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Orada yaşayan, 2001-ci il təvəllüdlü Nərgiz Yəhya qızı Zeynalovanın meyiti yaşadığı evin hamamında aşkar edilib.
İlkin ehtimala görə, N.Zeynalova dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır. (APA)