Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Keçmiş general jurnalistləri təhqir etdi

Bu gün Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilir."Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə keçmiş MTN generalı S.Qurbanovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub. Onun yeni vəkili Adil İsmayılovdur. Prosesə jurnalistlər buraxılmayıb. Prosesdə həbsdə olan təqsirləndirilən şəxslərin vəkillləri vəsatətlə çıxış ediblər. Onlar hüquqlarını müdafiə etdikləri şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra dövlət ittihamçısı vəsatət qaldırıb. Prokurur zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun iclasdan uzaqlaşdırılmasını tələb edib: "Vəkil Kamandar Nəsibovun bu işlə oxşar cinayət işində, MTN generalı Akif Çovdarovun da  müdafiəçisi olduğu üçün onun prosesdə iştirak etməsi mümkün deyil".Vəsatət təmin edilib.Təqsirləndirilən şəxslərin müdafiəsinə qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Proses fevralın 21-dək təxirə salınıb.Məhkəmə iclasından sonra isə jurnalistlər təqsirləndirilən, hazırda polisin nəzarətində olan N.Mirvətovaya ittihama münasibət bildirməsi ilə bağlı sual ünvanlayıblar. Sabiq MTN generalı isə KİV nümayəndələrinə "rədd olun" deyərək, suallara cavab verməyib. O, jurnalistləri təhqir edərək ərazidən uzaqlaşıb






14 Fevral, 2017  15:56 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner