Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Anası öldürülən 3 uşaq dövlət himayəsinə veriləcək

Gədəbəy rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Komitədən Simsar.az-a verilən xəbərə görə, kütləvi informasiya vasitələrində Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərovanın həyat yoldaşı 1983-cü il təvəllüdlü Zamur Allahverdiyev tərəfindən qətlə yetirilməsi barədə məlumat öz əksini tapıb. Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılmış hadisə təsdiqini tapıb. Bununla əlaqadar olaraq, Komitənin Hüquqi-təminat şöbəsinin əməkdaşı 9 fevral 2017-cı il tarixdə Gədəbəy rayonuna ezam olunaraq vəziyyətlə yerində tanış olub. Fevralın 9-da Gədəbəy rayon İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda Komitənin əməkdaşı ilə yanaşı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı yanında YYÇ-ların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu, Komissiyanın məsul katibi, Gədəbəy rayon Polis Şöbəsinin YYÇ-larla profilaktik işin təşkili qrupunun baş inspektoru, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və psixoloqu iştirak edib.

Məlum olub ki, 1978-ci il təvəllüdlü 3 uşaq anası Dürdanə Əsgərova həyat yoldaşı Gədəbəy rayon Zəhmətkənd kənd sakini Zamur Allahverdiyev tərəfindən döyülərək qətlə yetirilib. Gədəbəy rayon Polis şöbəsi və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən bildirilib ki, mərhumun özünün və onun qohumlarının zorakılığa məruz qalması ilə bağlı rayon Polis şöbəsinə və İcra Hakimiyyətinə hər hansı bir müraciəti olmayıb. Gədəbəy rayon İcra Hakimiyyətinin Zəhmətkənd üzrə kənd nümayəndəsinin verdiyi məlumata görə, əvvəllər ailə maddi vəziyyətinin ağır olması ilə bağlı müraciət edib və müvafiq köməklik göstərilib.Tədbirdə daha sonra “Məişət zorakılığı qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu və onun icra mexanizmləri haqqında məlumat verilib, əhali arasında profilaktik işlərin aparılmasının vacibliyi vurğulanıb.Daha sonra iclas iştirakçıları ailəyə baxış keçirib və məlum olub ki, mərhumun övladları yetkinlik yaşına çatmayan 14.09.2012-ci il təvəllüdlü Şəhla Zamur qızı Allahverdiyeva, 07.10.2008-ci il təvəllüdlü Şöhrət Zamur oğlu Allahverdiyev və 03.01.2010-cu il təvəllüdlü Şakir Zamur oğlu Allahverdiyev hazırda ögey əmi Zakir Allahverdiyevin evində müvəqqəti yerləşdirilib. Mənzil bir otaqdan ibarətdir və uşaqların yaşaması üçün şərait yoxdur. Gədəbəy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Zakir Allahverdiyev uşaqlara baxmaq üçün maddi imkanının olmadığını bildirib və uşaqların dövlətin himayəsinə verilməsini istəyib.Bunları nəzərə alaraq uşaqların yaşadığı mühitdən çıxarılaraq dövlətin himayəsinə verilməsi məqsədəuyğun hesab edilib. Gədəbəy rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürüb, müvafiq sənədlər toplandıqdan sonra uşaqların ailə tipli müəssisəyə yerləşdirilməsi qərara alınıb. Hazırda baş vermiş hadisənin uşaqlara təsirinin azaldılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayonunda yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən profilaktik tədbirlər görülür. Dövlət Komitəsi məişət zorakılığı baş vermiş ailələrdə fərdi monitorinq və reabilitasiya tədbirlərini davam etdirəcək.






14 Fevral, 2017  11:41 Baxılıb: 1461 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner