Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xocalı soyqırımı haqqında "Dəhliz" filmi çəkilib

Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində faciədən bəhs edən "Dəhliz" filmi nümayiş olunacaq. APA-nın xəbərinə görə, filmin rejissoru 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalıda törətdiyi soyqırımı zamanı əsir düşən və xilas olan Elmar Məlikovdur. Heydər Əliyev Fondunun vitse-prezdenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş və ötən il premyerası Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən “Cəhənnəmi görmüş pilot” filminin rejissoru da Elmar Məlikov olub. Filmin üzərində jurnalistlər Ceyhun Əsgərov və Vüsalə Məmmədova çalışıb.

Ekran əsərinin ssenarisi şahid ifadələri üzərində qurulub. Qeyd olunur ki, Xocalı soyqırımı zamanı ermənilər dinc əhalinin oradan çıxması üçün bir dəhliz belə verməyib. Şahidlər bildirirlər ki, 13 yaşlı qızın dərisini soyan adam heç kimə sağ qalması üçün dəhliz verməzdi.

Xatırladaq ki, 1992-ci ildə fevral ayının 25-dən 26-a keçən gecə  ermənilərin azərbaycanlılara qarşı Xocalıda törətdiyi soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. 76-sı uşaq 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.  Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 






10 Fevral, 2017  16:13 Baxılıb: 1881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner