Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ata oğlunu öldürən gəlinini bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən V. Kərimovun atası Səfa Kərimov gəlinini bağışladığını deyib: "Mənim heç bir şikayət və tələbim yoxdur. Gəlinimi bağışlayıram. Bir uşağı var. Olan oldu. Mən nəvəmi istəyirəm. Ona görə xahiş edirəm ki, Nuridə Kərimovanı azadlığa buraxın". Şahidlər gəlmədiyi üçün prosesdə fevralın 14-dək fasilə elan olunub. Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulun 23-də Ramana qəsəbəsində baş verib. Nuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.  Evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşarasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.







9 Fevral, 2017  13:11 Baxılıb: 1462 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner