Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olacağıq"-Baş nazirin müavini

Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir”.APA-nın məlumatına görə, bunu İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: “Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır". Baş nazirin müavini qeyd edib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülür: “Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən siqnal əsasında bir daha hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olmağa başlayacağıq”






8 Fevral, 2017  13:51 Baxılıb: 1651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner