Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda siqaret qıtlığı yaşanır

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb. Fins.az xəbər verir ki, bu barədə siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.

Bu barədə məlumat verən iş adamının sözlərinə görə, siqaretin nağd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: “Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir”.

Əldə etdiyimiz məlumata görə, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla “qara bazar”dan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar “Kent”, “West” və “Winston” şirkətləridir.

Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildiriblər: ““Qara bazar”da siqaret satanlar isə konkret qiymət təklif etmir, kim neçəyə istəyir, o qiymətə satır”, - deyə sahibkar qeyd edib.






8 Fevral, 2017  13:42 Baxılıb: 1536 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner