Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şərqdən Azərbaycana işləməyə gələnlərin sayı çoxalıb

Azərbaycana işləmək üçün gələn əcnəbilərin sayında 2016-cı ildə bütün əsas ölkələr üzrə artım baş versə də, ən kəskin dinamika Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, daha dəqiq desək Özbəkistan, Banqladeş və Türkmənistan üzrə qeydə alınıb.

Bu barədə “Report” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Bu ilin əvvəlinə olan məlumata görə, Fondun fərdi uçot sistemində 33 940 əncəbi vətəndaş dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin əvvəli ilə müqayisədə 21,79% çoxdur.

Son bir ildə Azərbaycanda işləmək üçün icazə almış Özbəkistan vətəndaşlarının sayı 6,42 dəfə, Banqladeş vətəndaşlarının sayı 99,1%, Türkmənistan vətəndaşlarının sayı isə 54,93% artıb.

Ən aşağı dinamika isə Almaniya (6,64%), İran (7,77%), Çin (8,29%) və Gürcüstan (8,85%) vətəndaşlarının sayında qeydə alınıb. Göründüyü kimi il ərzində bu ölkələrdən Azərbaycana işləmək üçün gələnlərin sayı heç 10% artmayıb.

Əvvəlki kimi Azərbaycanda uçota durmuş əncəbi işçilərin sayına görə ilk üçlükdə Türkiyə, Gürcüstan və Rusiyadan olan miqranlar qərarlaşıb. Bu ilin əvvəlinə adı çəkilən həmsərhəd ölkələrdən gələnlərin ümumi sayı 20 935 olub ki, bu da bütün əcnəbilərin 61,68%-ni təşkil edir. Ötən ilin əvvəlində bu rəqəm 18 507 və yaxud bütün əcnəbilərin 66,41%-i qədər olub.






8 Fevral, 2017  13:01 Baxılıb: 1455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner