Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Rusiya, ABŞ, Fransa Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanat qəbul etdi

"Əhalini müharibəyə yox, sülhə hazırlamayın"

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanat qəbul ediblər və Azərbaycan və Ermənistan liderlərini "əhalini müharibəyə yox, sülhə hazırlamağa" və iyunda keçiriləcək sammit zamanı nizamlamanın əsas prinsipləri üzərində işi başa çatdırmağa çağırıblar.

"Razılıq nə vaxt əldə olunsa, biz bu prinsiplərin formal qəbuluna şahidlik etməyə, sülh sazişinin hazırlanmasına yardım etməyə və onun yerinə yetirilməsini beynəlxalq tərəfdaşlarımızla dəstəkləməyə hazırıq", - Trend-in məlumatına görə, bəyanatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.






26 May, 2011  21:16 Baxılıb: 1211 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner