Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elmar Qasımov Türkiyənin səfiri ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb. Bu barədə Simsar.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. E.Qasımov səfiri Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyənin qardaş ölkələr öldüğünü deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxunub. E.Qasımov Türkiyənin universitetlərində çox sayda azərbaycanlı tələbələrin təhsil aldıqlarını və gənclərin bu ölkəyə böyük marağının olmasından bəhs edib. Rektor rəhbərlik etdiyi Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, yeniliklər, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq, professor-müəllim heyəti, eyni zamanda tələbələrin uğurlarından söz açıb. O, BANM-ləTürkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirib. E.Qasımov yaxın vaxtlarda Ali Məktəblə YÖK(Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğulayıb. Rektor deyib ki, Türkiyənin Orta Doğu Teknik Universiteti (ODTU) ilə BANM-in əlaqələrinin qurulmasında maraqlıdır. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün Ali Məktəbə yenidən dəvət edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral rektor E.Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirib. Səfir Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət iki dövlət" anlayışı üzərində qurulduğunu bildirib. Iki qardaş ölkə arasında əlaqələrin inkişafından söz açan səfir əməkdaşlığın bütün istiqamətlərdə, xüsusilə təhsil sahəsində yüksək səviyyədə olduğunu deyib. Səfir Ali Məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu vurğulayıb.  Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunub. Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.






8 Fevral, 2017  12:05 Baxılıb: 1475 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner