Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı dairəvi yolu çökə bilər

Bakı dairəvi avtomobil yolu çökə bilər. Artıq yolun salındığı yamacda dərin yarğan əmələ gəlib və böyük bir ərazidə torpaq aşınaraq sürüşüb. Bundan əlavə, Yasamal rayonunun kanalizasiya borularının keçdiyi “Qurd qapısı” qəbiristanlığı da təhlükə ilə üz-üzə qalıb. Virtualaz.org xəbər verir ki, illərdir borulardan axan çirkab sular qəbiristanlığın bir hissəsini yuyub və dərinliyi 1-2 metrə çatan yarğanlar əmələ gətirib.

Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, üzərindən magistral yol salınan dağda çökmə prosesi son 1-2 ildə başlayıb. Əgər çarə edilməzsə, bu yol üçün təhlükə ola bilər.Yaranmış vəziyyətlə bağlı “Azəravtoyol” ASC ilə əlaqə saxladıq. Lakin ASC-də yol üçün hər hansı təhlükə olması ilə razılaşmırlar. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yol inşa olunarkən bütün təhlükələr nəzərə alınıb və yolun çökmə ehtimalı yoxdur: “Bu yol xüsusi çətinlikli relyefə malik hissədən keçir. Yol inşa olunarkən hər şey nəzərə alınıb. Bütün qabaqlayıcı tədbirlər görülüb, istinad divarları tikilib, qurunt sularının axıdılması üçün yolun altından kanallar çəkilib. Yəni orada ciddi bir təhlükə ola bilməz, amma bizim əməkdaşlar əraziyə baxış keçirərək vəziyyəti aydınlaşdıracaq”, - deyə A.Nəcəfli bildirdi.

Problemlə bağlı cavabdeh dövlət orqanı olan “Azərsu” ASC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab ala bilmədik.






7 Fevral, 2017  17:05 Baxılıb: 1468 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner