Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abel Məhərrəmov çinli səfirlə görüşdü

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.  BDU-dan Simsar.az-a verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin ən tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. 2004-cü ildə Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisası üzrə 8 buraxılışın olduğunu deyən rektor, həmin ixtisası bitirən 60 məzunun əksəriyyətinin Çin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə müxtəlif universitetlərdə təcrübə keçdiyini, bir neçə məzunun isə Çinin aparıcı təhsil ocaqlarının doktorantura pilləsində təhsillərini davam etdirdiyini bildirib. Rektor 2011-ci ildən BDU-nun nəzdində yaradılan Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin uğurlu fəaliyyət göstərdiyini də diqqətə çatdırıb, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq “Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib. Səfir Vey Cinxua, öz növbəsində, universitetlə əyani tanışlığın onda yüksək təəssürat yaratdığını söyləyib və elm-təhsil sahəsində görülən işlərin əhəmiyyətindən danışıb. Universitetlərarası müəllim-tələbə mübadiləsini, mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab etdiyini deyən səfir Vey Cinxua gələcək əməkdaşlığa dəstək  olacaqlarını bildirib.






7 Fevral, 2017  14:47 Baxılıb: 1418 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner