Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tibb işçiləri gecə Astara-Bakı qatarının qarşısını kəsdilər

Bu gecə saat 1-in yarısında Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkəti Salyan stansiyasında etirazçı tibb işçiləri tərəfindən yarım saata yaxın dayandırılıb.

Virtualaz.org saytının məlumatına görə, fevral ayının 1-dən müvafiq əmrlə bağlanmış Salyan Dəmir Yolu Xəstəxanasının 40 nəfərə yaxın qadınlardan ibarət işçisi qatarın qarşısına çıxaraq onun hərəkətinə mane olublar.

Hadisə yerinə gəlmiş nəqliyyat polisi etirazçı qadınları dəmir yolundan geri çəkdikdən sonra qatar hərəkətinə davam edib.

Tibb işçilərinin tələbi 1945-ci ildən fəaliyyət göstərən, 56 nəfərin çalışdığı dəmir yolu xəstəxanasının fəaliyyətinin bərpa olunmasıdır.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, idarənin balansında olmuş xəstəxanalar və tibbi müəssisələr əvvəllər Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilirdi və QSC və Metropoliten əməkdaşları üçün pulsuz xidmətlər göstərilirdi.

Ancaq 17 noyabr 2016-cı il Maliyyə Nazirliyi tərəfindən 1 yanvardan bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. "Azərbaycan Dəmir Yolları"

Qapalı Səhmdar Cəmiyyəti də tabeliyindəki tibb müəssisələrinin dəyərləndirilməsini aparıb və özünü maliyyələşdirə bilməyəcək müəssisə və xəstəxanaların bağlanması haqqında qərar qəbul edib. Belə xəstəxanalardan biri də Salyan dəmir yolu xəstəxanası olub.

Bununla birlikdə, "Azərbaycan Dəmir Yolları" QSC-dən qeyd ediblər ki, başqa rayonlarda bir sıra xəstəxanalar öz işini davam etdirəcək: “Bəzi həkimlər və tibb personalı yarım ştata keçiriliblər”.






7 Fevral, 2017  12:44 Baxılıb: 1453 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner