Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hava yenə soyuyacaq - XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gecəyə doğru sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında səhər şimal rayonlarında, gündüz isə əksər rayonlarda arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Xəbərdarlıq

Fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.






7 Fevral, 2017  12:26 Baxılıb: 1464 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner