Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Otman bozdağ” vulkanı bu gün 4-cü dəfə püskürdü

"Bakının Qaradağ rayonunun Sahil qəsəbəsindən 10 km məsafədə yerləşən (Qaradağ dəmiryolu stansiyasından 5 km şimal-qərbdə) və bu gün püskürən “Otman bozdağ” palçıq vulkanı artıq sönüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vulkanlar qoruğunun direktoru Ceyhun Paşayev Trend-ə bildirib ki, buna baxmayaraq, təhlükəsizlik baxımından yaxın günlərdə həmin vulkana qalxmaq tövsiyə olunmur. C.Paşayev deyib ki, “Otman bozdağ” palçıq vulkanının aktiv püskürməsi saat 1-2 radələrində qeydə alınıb. Çox aktiv vulkan olmayan “Otman buzdağ”da indiyədək 3 püskürmə qeydə alınıb. Vulkanda ilk püskürmə 1845, 2-cü püskürmə 1951-ci il, 3-cü püskürmə 1961-ci ildə olub: “Bu vulkan ”vəhşi”, aktiv vulkan hesab olunmur. Vulkan püskürən zaman onun odunun hündürlüyü maksimum 50-60 metr olur. Vulkan kəsilmiş konus şəklindədir, diametri 300 metdir. Vulkanın 90-100-ə yaxın qrifonu var. Vulkandan çıxan tullantı məhsullarının sahəsi 1000 hektardan artıqdır. Tullantıların orta qalınlığı çox, yəni 120 metdir.Vulkanın yaxınlığında yaşayış evlərinin olmadığını deyən C.Paşayev hazırda ərazidə ölçmə işlərinin aparıldığını qeyd edib.






6 Fevral, 2017  17:42 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner