Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək"

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Bakı şəhəri, Suraxanı rayonu “Fatimeyi-Zəhra” məscidi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Komitə rəsmisi APA-ya bildirib ki, son günlərdə “Fatimeyi-Zəhra” məscidinin guya söküləcəyi ilə bağlı bəzi k ütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın  əsası yoxdur. Əksinə, “Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.






6 Fevral, 2017  17:26 Baxılıb: 1415 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner