Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyədə Məhəmmədhüseyn Şəhriyarın 110 illiyi qeyd olunub

Türkiyədə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. İstanbul Universitetində keçirilən tədbiri giriş sözü ilə açan İstanbul Türk Ocakları başkanı Cezmi Bayram bildirib ki,  şeirimizi yüksək zirvələrə qaldıran,  insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük  xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqı ilə bərabər bütün Türk dünyası tərəfindən sevgi və təqdirlə qarşılanıb. Tədbirin təşkilatçılarından olan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayeva ustad Şəhriyarın yaradıcılığından geniş bəhs edərək bildirib ki bütün Türk gəncliyinin Şəhriyarı öyrənməsi, bilməsi lazımdır. Şəhriyarın böyük  bir şair olmaqla yanaşı böyük bir aydın olmasını da xüsusi vurğulayan millət vəkili Q.Paşayeva onun “Azərbaycan”, “Türkün dili”, “Heydərbabaya salam” əsərlərindəki böyük vətən, millət, dil sevgisini xüsusi vurğulayaraq Şəhriyardan gənc nəsillərimiz çox şeylər öyrənməlidir deyib. Rəhbərlik etdiyi təşkilatın ustad Şəhriyarla bağlı qardaş Türkiyənin bir sıra vilayətlərində də silsilə tədbirlərin təşkilinə dəstək verdiyini deyən millət vəkili Q.Paşayeva ustad Şəhriyarın oğlu Hadi Behcet Təbriziyə təşəkkürünü bildirib. Tədbirin təşkilatçılarından İstanbul Universitetinin ədəbiyyat fakultəsi dekanı Hayati  Develi, Türkiyə Kültür və Turizm nazirliyinin rəsmi nümayəndələrinin çıxışlarından sonra tədbir panellərlə davam edib. Çıxışçılar, Azərbaycan Yazçılıar Birliyinin Cənubi Azərbaycan bölümünün rəhbəri Sayman Aruz,  Yazgül Abdiyeva, dos. Rövşən Əlizadə, Prof. Dr. Muhammed Nur Doğan,  Dr. Yusuf Gedikli,  şair Ali Akbaş  və digərləri usdat Şəhriyarın yaradıcılığı ilə bağlı geniş mərizə ilə çıxış ediblər. Ustad Şəhriyarın yadigarı  Hadi  Behcet Təbrizi  çıxışında tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək Şəhriyar  yaradıcılığında vətənpərvərlik, insanpərvərlik mövzusunda fikirlərini bölüşüb. XX əsrAzərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çox cəhətli yaradıcılığından danışan Hadi Behcet Təbrizi onun Azərbaycan və Türk ədəbiyyatındakı  rolu  barədə geniş fikirlərini bölüşüb. Çıxışçılar  Şəhriyarın bütün Türk dünyasının şairi olduğunu söyləyib. Onlar  ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və Türk dünyası oxucusunun dillər əzbər olduğunu bildiriblər. Çıxışlarda Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında M.H.Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin olmadığını bildiriblər. Qeyd edilib ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, hələ sağlığında bir çox dünya xalqların dillərinə tərcümə edilərək yayılıb. Vurğulanıb ki, Nizamidən, Füzulidən, Nəsimidən gələn böyük poeziya örnəkləri Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb. Tədbirdə  Təbrizdən və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş dəyərli sənətçilər  şairin şeirlərini oxuyub, onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.






1 Fevral, 2017  14:06 Baxılıb: 1461 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner