Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycana gələn turistlərin sayı artıb

2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ötən il Azərbaycana gələn əcnəbilərin sayı 2015-ci il ilə müqayisədə 11.7 faiz çox olub.Həmin dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşları çoxluq təşkil etmiş və müvafiq olaraq 33 faiz, 22.5 faiz, 13,9 faiz və 10.9 faiz müəyyən edilmişdir.

Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Körfəz və Yaxın Şərq ölkələri, Asiya ölkələri, Afrika ölkələri, Amerika və Avstraliya ölkələri üzrə gələnlərin sayında artım baş vermişdir.

Simsar.az






1 Fevral, 2017  12:16 Baxılıb: 1413 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner