Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DİQQƏT:"Bu yollarda buzlaşma var"

"Azərbaycanın bütün avtombil yolları nəqliyyatın hərəkəti üçün açıqdır". Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Bakı-Şamaxı-Yevlax, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Zaqatala-Balakən, Quba-Qusar yollarına və Ağsu aşırımına qar yağır: "Həmin yollarda buzlaşma müşahidə edilsə də, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmayıb. Yollar nəqliyyatın hərəkəti üçün açıqdır. Lakin bununla belə, qarlı və buzlu yollardan istifadə edən sürücülərdən ehtiyatlı olmaları xahiş olunur. Texniki cəhətdən nasaz olan və qış mövsümünə uyğun şinləri olmayan avtomobil sahibləri yola çıxmasınlar”. K. Əliyev əlavə edib ki, ötən gün ölkənin avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından ikisi hava şəraiti ilə bağlı olub.






1 Fevral, 2017  11:37 Baxılıb: 1364 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner