Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DYP-dən sürücülərə növbəti MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə təkrar müraciət edib. Son 3 gündə aparılan müşahidələr göstərir ki, asfalt örtüyünün buz bağladığı vaxtlarda yolun hərəkət hissəsində qalmaqla başqa hərəkət iştirakçılarının, xüsusilə təcili tibbi yardım, qəza-xilasetmə və digər operativ nəqliyyat vasitələrinin də çağırış yerinə getməsinə mane olan avtomobillərin əksəriyyəti texniki cəhətdən nasaz olan, qış mövsümünə uyğun olmayan və protektorları yeyilmiş şinlərlə təchiz edilmiş nəqliyyat vasitələridir. Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzalarının və əvvəldə qeyd olunan halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin bir daha diqqətinə çatdırır ki, şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə olunmamalı, nəqliyyat vasitələrinin hərəkət sürüəti hava şəraitinə uyğun seçilməli, zərurət olmadan ötmə əməliyyatları aparılmamalı, qəfil manevrlər və kəskin tormazlama hərəkətləri edilməməlidir. Əks təqdirdə idarə olunan nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılmaqla sürücü inzibati məsuliyyətə cəlb ediləcək.






31 Yanvar, 2017  11:00 Baxılıb: 1674 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner