Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Ali məktəblərdə magistratura üzrə dərsliklərin hazırlanmasına az diqqət edilir"

“Magistratura pilləsinin dərslik və proqramları bakalavr pilləsinin dərslik və proqramlarından çox az fərqlənir”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda 1998-ci ildən magistratura pilləsi olmasına baxmayaraq, bu təhsil pilləsi üzrə ali məktəblərdə dərsliklərin hazırlanmasına az diqqət edilir.

O bildirib ki, doktorantura ixtisasında fəlsəfə, informatika kimi fənlərin tədris proqramlarının dərslikləri olsa da, ixtisas fənləri Azərbaycan təhsilinin proqram və dərsliklərinin əhatəsində yoxdur: “Bu ixtisas üzrə yeni tipli kadrların hazırlanması vacib məsələdir”.

İ.Həbibbəyli qeyd edib ki, təhsilin inkişaf etdirilməsi üçün milli təhsilin bütün sferalarında istehsalatda, sənaye sahələrində doğru addımlar atılmalıdır: “Təhsil elm iqtisadiyyatın vəhdəti Azərbaycan cəmiyyətinin parlaq inkişafının ana xəttini təmin edir. Təhsilin qanunvericilik bazasının hazırlanması istiqamətində ölkədə mühüm addım atılır. Yaxın zamanlarda təhsilin digər pillələrinə dair qanun layihələri hazırlanacaq. Hazırlanan qanun layihələri ilk növbədə Azərbaycanın reallığı, onun potensialları və imkanları əsas götürülür”.






30 Yanvar, 2017  12:49 Baxılıb: 1391 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner