Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Texasda məscidi yandırdılar

ABŞ prezidenti Donald Tramp İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəməndən müsəlmanların ölkəyə girişini yasaqlayandan sonra Birləşmiş Ştatlarda müsəlmanlara qarşı dözülməzlik aksiyaları şiddətlənib. ABC bildirir ki, Donald Tramp bununla bağlı sərəncamı imzalayandan cəmi bir neçə saat sonra Texas ştatındakı Viktoriya şəhərində yerləşən məscid yandırılıb. Viktoriya İslam Mərkəzinin (İslamic Center of Victoria) nəzdindəki məscid əvvəllər də ekstremistlərin hücumlarına məruz qalmışdı

Şəhərin yanğınsöndürmə xidmətinin rəisi Tom Leqler olayla bağlı araşdırmaların sürətləndirilməsi üçün xüsusi xidmət orqanlarından yardım istəyib. Mərkəzin direktoru Şahid Həşmi isə məsciddəki yanğının səbəbləri tam aydınlaşdırılana qədər şayiələr yaymamağı xahiş edib.

"Yanğından əvvəl siqnalizasiya işləməyib. Məscidin qapıları da bağlı qalıb. Lakin yanvarın 21-də gecə kimsə məscidə girərək elektron avadanlığı, o cümlədən noutbukları aparmışdı.

2001-ci ilin sentyabrın 11-də teraktlar olanda müsəlmanlar və qeyri-müsəlmanlar - hamımız bir yerdə idik. Təbii ki, məscid tam təmir ediləcək", - Şahid Həşmi deyib.

Məscidin təmiri ilə bağlı internetdə kampaniya başlayıb. Təmirə gərək olan 850 min dolların 511 min dolları artıq yığılıb.

 






30 Yanvar, 2017  12:01 Baxılıb: 1597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner