Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Havanın kəskin dəyişməsi elektrik enerjisinin təchizatına təsir etməyib

“Azərişıq” ASC tərəfindən iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib ki, bunun da nəticəsində son günlərdə hava şəraitinin kəskin dəyişməsi, qar-çovğunlu keçməsi istehlakçıların  dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsinə təsir etməyib. Simsar.az xəbər verir ki, bu barədə məlumatı “Azərişiq” ASC-nin mətbuat xidməti verib. Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunub. Belə ki, təkcə  2016-cı ildə regionlarda 30,7 km 110 kV-luq hava xətləri, 59,0 km 35 kV-luq  kabel  və  308,7 km hava xətləri, 338,7 km 6-10 kV-luq  kabel və  1810,7 km hava xətləri, 420,5 km 0,4 kV-luq kabel və  376,6 km hava xətləri, 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib. 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb, 127 589 ədəd dayaq basdırılıb. Bundan əlavə, uzunluğu  35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb.

Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir.

 






30 Yanvar, 2017  11:19 Baxılıb: 1416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner