Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Külli miqdarda dərmanı qanunsuz yolla keçirmək istədilər

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazıyla baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Simsar.az -a verilən məlumata görə, təkrar yoxlama nəticəsində isə gömrük orqanına əvvəlcədən bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 276 konvalyut "Lyrica (pregabalin)" adlı dərman preparatı aşkar edilib.

Eyni zamanda, məlum olub ki, içərisində dərman preparatları yerləşdirilən əl yükü, əslində onu gömrük nəzarəti zonasına daxil edən Azərbaycan vətəndaşına məxsus deyil. Həmin yük Gürcüstandan tranzit keçməklə Türkiyədən respublikamıza gələn sərnişin avtobusunun sürücüsünün olub. İstanbul şəhərində yaşayan sürücü həmin yükü avtobusda işləyən şəxs vasitəsilə ölkəmizin ərazisinə keçirməkdə köməklik göstərməsi üçün Azərbaycan vətəndaşına verib.

Qeyd edək ki, "Lyrica (pregabalin)" adlı dərman preparatının Azərbaycan ərazisində mülki dövriyyəsi qadağandır. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.






28 Yanvar, 2017  13:50 Baxılıb: 1482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner