Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baldızını qaçıran şəxs həbs olundu

Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyevanı qaçırmaqda təqsirləndirilən rayonun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu həbs edilib. Bu barədə Trend-ə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlanılaraq istintaqa cəlb edilib. Ə.Məmmədov barəsində Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Şöbədən bildiriblər ki, azyaşlı qız tapılandan sonra izahatında bacısının həyat yoldaşı Ə.Məmmədov tərəfindən qaçırılaraq Bakının Nərimanov rayonu ərazisində qaldığını bildirmişdi. Azyaşlının ifadəsindən sonra Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanılıb və təqsirləndirilən Ə.Məmmədov barəsində axtarış elan edilmişdi. Qeyd edək ki, A.Nağıyeva 2016-cı il sentyabrın 23-də itkin düşmüşdü. Araşdırmalar zamanı onun bacısının həyat yoldaşı, Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu ilə birlikdə Bakının Nərimanov rayon ərazisinə qaçdığı məlum olmuşdu.






27 Yanvar, 2017  16:45 Baxılıb: 1474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner