Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İnformasiyadan bacardığınız qədər uzaq durun!" - psixoloq intiharlardan DANIŞDI

Hər gün intihar xəbərləri eşidirik, yazırıq, səbəbləri, statistikası barədə məlumatlar veririk. Hətta ötən gün tanınmış psixoloq Dəyanət Rzayevin də intihar xəbəri hamını sarsıtdı. Belə hallarda isə daha çox psixoloq fikri öyrənilir. Görəsən, necə edək ki, intiharlar azalsın. Durmadan gedən bu selin qarşısını nəylə necə kəsək. Təbii ki, nə qanunla tənzimlənəcək , nə də ki kiminsə gücü ilə dayanılacaq bir hadisə deyil. Psixoloqun intiharı isə sosial şəbəkələrə sanki bir bomba kimi düşdü və belə bir sualın yaranmasına zəmin yaratdı :psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir? Təbii ki, mərhumun həmkarlarının dediyi kimi psixoloq da insandır və onun da psixoloqa ehtiyacı var. Sonuçda hər bir insan çətin vəziyyətə düşərkən psixoloqa müraciət etməlidir.

Simsar.az məsələnin həssaslığını nəzərə alaraq, yenidən intihar mövzusuna toxunub. Elnur Rüstəmov bu problemin əsas səbəbini informasiya bolluğu ilə əlaqələndirir: “Doğrudur intiharların sayı getdikcə artır. Səbəb odur ki, getdikcə ailədaxili konfliktlər artır. Müəyyən qədər insanlarda get-gedə psixoloji gərginliyin yaranması  və ən çox da informasiya faktoru əsas rol oynayır.  Əslində  buna da informasiya əsrində yaşamağımız təsir göstərir.  Bugün insanlar informasiya çoxluğundan əziyyət çəkirlər, sabaha nikbin baxa bilmirlər. Hər gün baş verən müharibələr, neqativ xəbərlər insanlarda bir ümüdsülük yaradır və nəticədə insan özünə qapanır.  Ailə dəyərləri pozulur, bu da ailədə böyüyən uşaqların psixologiyasına təsir edir. Bu gün varlı da intihar edir, kasıb da. Bu səbəbdən deyə bilərik ki, səbəblər çoxdur və müxtəlifdir”

Psixoloq deyir ki, statistikaya baxdıqda ən çox yeniyetmələrin, gənclərin, kişilərin intiharını görmək olar: “Yeniyetmə intiharı ilə bağlı xəbər oxuyuruq. Yazılır ki, hər şey normal olub, ailəsində, təhsilində. Amma səbəbsiz heçnə olmur axı? Ola bilsin ki, burada yeniyetmənin özünün hər hansı bir problemi olsun. Bəlkə genetik faktoru var? Bəlkə narahatlığı olub. Heç kim kefindən intihar etmir. Bəzən olur ki, yeniyetmənin problemi olur amma ailə buna diqqət etmir, görməzlikdən gəlir. Bizim problem ondadır ki, hər bir soz deyilir, həqiqət qalır qıraqda və danışılanlar da növbəti intihara səbəb olur. Biz bildik-bilmədik, hər şey haqqında münasibət bildiririk. Sovet dövründə intiharları gizlədirdilər, belə açıq formada verilmirdi”

Psixoloqun sözlərinə görə, intiharlar nəinki Azərbaycanda, digər ölkələrdə də yayılıb. O, hesab edir ki, intiharların qarşısının alınmasının yeganə yolu informasiyadan uzaq durmaqdır:”Mümkün qədər insanlar informasiyadan uzaq dayansınlar, çox yüklənməsinlər, zəruri informasiyalar alsınlar”.

Qeyd edək ki, mətbuatda son 26 gündə 36 intihar hadisəsinin baş verməsi ilə bağlı xəbər yayılıb.

Nihadə Eyyubova






27 Yanvar, 2017  15:18 Baxılıb: 2504 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner