Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçdi

Ölkə ərazisində qar yağacağı və havaların kəskin şaxtalı keçəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Simsar.az -a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, bununla bağlı qurumun bütün texnikaları hazırlıqlı vəziyyətə gətirilib:

"Yollar buz bağlayacağı təqdirdə yollara texnika və canlı qüvvə çıxarılacaq və hərəkətin fasiləsizliyi üçün tədbirlər görüləcək. Lazım olduğu təqdirdə xüsusi problemli ərazilər öncədən nəzarətə götürüləcək. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı toplanıb".

A.Nəcəfli bildirib ki, bütün bu tədbirlərlə yanaşı, sürücülər də ehtiyatlı olmalıdırlar:

"Sürücülər nasaz avtomobillərlə, mövsümə uyğun olmayan şinlərlə yollara çıxmasınlar. Yollarda tədbirlər görülsə də, nasaz avtomobillərlə sürücülərin yollarda qalması ehtimalı var".






27 Yanvar, 2017  14:01 Baxılıb: 1477 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner