Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Flora Kərimova: “Əməliyyat təmənnasız oldu...” - "Mən professora güvəndim" - FOTO

"Necə gözəl işıqlı görürəm....”-bu sözləri xalq artisi Flora Kərimova elə emosiya, həyəcanla deyirdi ki, sanki bir uşaq kimi sevinirdi. Biz də halımızdan razı idik, axı bir insanın ,bir tanınmışın əməliyyatdan sonra dünya işığını yenidən görməklə necə məmnun olduğunun şahidi olurduq. Gözlərini açar-açmaz siz də xəstələrdənsiz deyə bizə sual verir? Biz isə: “jurnalistik”  -deyirik. “Hə onda bunu xüsusi qeyd edin: “Əməliyyat təmənnasız oldu...”

Daha sonra isə üzünü doktoru professor Paşa Qəlbinura tutaraq: “Bu dəfə təmənnasız etdiz, amma gələn dəfə o biri gözümün əməliyyatı belə olmayacaq”.

Paşa Qəlbinur: “ Olmadı ki, Flora xanım” deyərək sözünə davam edir: “Dünən gözəl, sevimli müğənnimiz Flora Kərimovanın sol gözünün üzərində mən və oğlum Tural  birlikdə əməliyyat etmişik. 3 xəstəliyin kombinasiyasıdır. Onun gözünə işıq qayıdıb.  Xoşdur ki, biz insanları sevindirə bilirik”

Flora Kərimova söhbətə qoşulur:  “Əməliyyatdan çox razı qaldım. Bilirdim ki, kimin yanına gəlirəm. Həkimlər çoxdur, amma inanılan, gülərüz, bel bağlaya biləcəyimiz həkim azdır. Mən professora güvəndiyim üçün  burdayam. Onun  çox mahnılarını oxudum".

Söhbətin bu anında  müğənni cərahiyyə zamanı baş verən bir məqamı xüsusu qeyd edir: “Dünən əməliyyatda qəflətən öz səsimi eşitdim və qışqırıb hirslənirdim ki, kəsin onu. Profesorun oğlu da özü qədər səriştəlidir.  O, bildi ki, mənim damarımı necə tutmaq olar. Bir də gördüm ki, atasının səsiylə dedi ki, “Dünya” mahnısını youtube -də  tapın. O mahnının çox gözəl sözləri var, elə professorumuza məxsusdur. O saat qışqırığım kəsildi. Çünki həyat özü gül açmışdı, səsimdə yox, o musiqinin sözlərində. Musiqiyə can verən sözlərdir.Mən professoru  həm də bir insan kimi tanıyıram, o hamını, kasıbı, varlını xoş gülərüz yola salır .Professorun həm də yolunu davam etdirən tərbiyəli oğlu və qızı var".

Biz də Simsar.az komandası olaraq xalq artisti, sevimli Flora Kərimovaya sağlam can arzulayır, professor Paşa Qəlbinur və oğlu Tural Qəlbinura bu uğurlu əməliyyat üçün təşəkkür edirik.

Nihadə Eyyubova

 






26 Yanvar, 2017  14:48 Baxılıb: 3232 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner