Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Simsar.az -ın məlumatına görə, səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən prezident İlham Əliyev ölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Said Xan Mohmand isə Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.







26 Yanvar, 2017  14:10 Baxılıb: 1624 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner