Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

''YARAT''ın rəssamını ölümcül döydülər

Baknın mərkəzində gənc rəssam ölümcül döyülüb. Simsar.az-ın Criminal.az-a istinadən məlumatına görə, “YARAT” Müasir İncəsənət Təşkilatının üzvü, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb. Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə apararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutub və iti götürərək kənara qoymaq istəyib. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunub və əlbəyaxa dava başlayıb. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyüblər. B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunub. B.Haqverdiyevin anası Yelena Haqverdiyeva bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəməyib.Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqatçısı Eldar Mirzəzadə deyib ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. Hazırda araşdırma aparılır.






25 Yanvar, 2017  17:27 Baxılıb: 1465 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner