Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Elmar Məmmədyarovun Moskva səfərinin yekunu azərbaycanlı hərbçinin nəşinin qaytarılması ola bilər"-ŞƏRH

"Elmar Məmmədyarovun Moskvaya səfərinin yekunu kimi azərbaycanlı hərbçinin nəşinin qaytarılması da ola bilər. Başqa sözlə Moskva Azərbaycanla Ermənistan arasında əsas vasitəçii - söz sahibi olduğunu bir daha hamıya göstərmək üçün hərbçimizin nəşinin Azərbaycana qaytarılmasını təmin edə bilər. Bu onun imkanı daxilindədir".-Simsar.az xəbər verir ki,bunu politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb. "Doğrudur, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bir müddət öncə bu suala konkret cavab verməkdən yayınmışdı. Ancaq bu dəfə onun şefi təşəbbüsü ələ alaraq azərbaycanlı hərbçinin nəşinin geri qaytarılmasını sürətləndirə bilər. Bəlkə də Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla görüşünün məğzini də elə bu mövzu təşkil edirdi. Hadisələrin bu istiqamətdə inkişafı İrəvanın da maraqlarına xidmət edir. İrəvan Rusiyaya bağlığını göstərmək üçün avropalıların deyil, məhz rusiyalı rəsmilərin “xahişi” (oxu: tələbi) ilə azərbaycanlı hərbçinin nəşini qaytara bilər. Yəni faktiki həm İrəvan, həm də Moskva girov saxlanılan hərbçimizin nəşindən öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Ancaq məsələnin uzanması da istisna deyil"-deyə o,qeyd edib.






25 Yanvar, 2017  14:37 Baxılıb: 1744 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner