Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Masallının bu kəndlərinə qaz verilib

Bu gün Masallı rayonunun Babaküçə və Sığdaş kəndlərinə təbii qaz verilib. Bu barədə Simsar.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bununla bağlı keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,163 abonenti olan Babaküçə kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 468 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 163 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 252 abonenti olan Sığdaş kəndinin yenidən qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 712 metr müxtəlif diametrli polietilen, həmçinin ümumi uzunluğu 13 210 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Masallı rayonunun daha 6 kəndində (II-ci Yeddioymaq, Şıxlar, Qasımlı,Bala Təklə,Qodman və Xanalion kəndlərində) tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.






25 Yanvar, 2017  11:22 Baxılıb: 1528 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner