Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Roza Zərgərli: "“Ayna” qəzetində mədəniyyətdən yazırdım" - MÜSAHİBƏ

Populyar müğənni Roza Zərgərli Simsar.az saytının qonağı olub. Onunla müsahibəni sizə təqdim edirik.

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Mənim üçün ötən il çox məhsuldar oldu. Həm klipimiz işıq üzü gördü, həm də bioqrafik ilk romanım. Bu işi şou-biznes aləmində ilk dəfə olaraq, mən gördüm. Bioqrafik romanımda 3 yaşımdan qalan xatirələr bəhs olunur. Bu romanın təqdimatına daha çox şairlər yazarlar və kitabda haqqında bəhs edilən insanlar dəvət olunmuşdu.  İstəyirdim ki, kitabım ən azı 80 faiz satış edim. tmək istərdim, amma 60 faizdən yuxarı satılmadı. Düzdür, bu, böyük göstəricidir, amma mənim istədiyim göstərici deyil. Albom çıxartmadım, çünki önəmi yoxdur, yeni mahnı çıxan kimi sosial şəbəkələrdə, “instagram”da, “youtube”da yerləşdirilir. Bu il hesabat konserti etməliydik, böhrana görə təxirə düşdü. Yəqin ki, gələn illərdə konserti həyata keçirərik. İctimai televiziyada yayımlanan “Bakı vaxtı ilə” verilişimiz isə davam edir.

-Yaradıcılığınız üçün çox cəsarətli addımlar atmışdınız,  hətta saçlarınızı keçəl etmişdiniz, amma o ərəfələrdə bugünkü kimi populyar ola bilmədiniz. Nə dəyişdi ki?

-Biz başlayanda ilk addımımızı atırdıq, sən gənc olduğun üçün atdığın addımlara da reaksiya verilmir, sənətçi gözündə baxılmır. Mən keçəllik naminə saçlarımı kəsməmişdim. Əslində cəzaçəkmə müəssisəsindəki bir xanımın hekayəsini ekranlaşdırmışdım. Mən peşəkar səhnəyə gələndə 20 yaşım var idi. Amma sonradan qayıdanda artıq uşaq deyildim. 20 yaşındakı qızcığazla 26-27 yaşındakı qadının ağlı eyni ola bilməz. Artıq mahnıları öz istəyimə görə deyil, cəmiyyətin zövqünə görə seçirdim. Həm də düşünürəm, ona görə populyar oldum ki, sənətə yenidən qayıdandan sonra 5 il toylara, məclislərə getmədim. Yalnız konsertlər və televiziya verilişlərində göründüm. Əlçatan deyildim, bəlkə də ona görə populyar oldum. Ən əsası isə yenidən fəaliyyətə başlayanda məni məhz media, saytlar, qəzetlər dəstəklədi.  Populyar olmağımda medianın, mətbuat katibimin böyük rolu var.

-Təəssüf ki, sizin kimi o mərhələni keçənlərin çoxu bunu etiraf etmirlər...

-Düzü, qalmaqal yaratmaq istəmirəm. Amma media böyük gücdür.  “İstanbul” mahnısına klip çəkdirmək üçün Türkiyəyə gedəndə, klipdəki tərəf müqbilim Erol Gunaydını da tapmağımda mənə media kömək etdi. Bu, mənim üçün böyük uğur idi. 2010-cu ildə sənətə bünövrəli qayıtdıqdan sonra yalnız  xeyriyyə tədbirlərinə, cəzaçəkmə müəssisələrindəki tədbirlərə gedirdim. Mənim haqqımda isə yalnız saytlar yazırdı. Mən iki il saytlarla  gündəmdə qaldım, saytlardan sonra təmənnasız olaraq, kanallara keçdim. Hazırda da mənim haqqımda məqalə yazılanda oxunuş sayı çox olur.

-Elə müğənnilər var ki, vaxtilə jurnalistlərin köməyi ilə izləyici toplayıblar, amma indi onları qapı arxasında qoyurlar..

-Elə sayt var ki, mən də özüm haqqında yazmağı qadağan etmişəm. Əslində etirazım sayta yox orada çalışan jurnalistədir.  Əgər o jurnalist həmin saytdan ayrılsa, şəxsən özüm zəng edib  deyəcəm ki, artıq biz əməkdaşlıq edə bilərik. Həmişə demişəm ki, jurnalistlər mənim işimdə böyuk rol oynayır. Hələ də mən haqqımda yazılan qəzetləri  saxlamışam, çünki o, arxivimdir. Axı mən özüm də qəzetdə işləmişəm, yəqin ki bu da sadiqliyin əlamətidir. Mədəniyyət və İncəsənət Universitetinin birinci kursunda oxuyanda  jurnalistika ilə məşğul olurdum, qazancım jurnalistikadan çıxırdı. “Ayna” qəzetində  mədəniyyətdən yazırdım.

-Bir neçə televiziya da sizə qadağa qoyub, bu qadağanın səbəbləri nədir?

-Əslində marağında olsam qadağa götürülər. Dediyiniz qadağalara gğrə heç bir səhvim də yoxdur. Bir “talk- show”-ya getmişəm, o kanalda da həmin  “talk- show”-nu yaradan insanlarla münasibət pis olub. Mən qurbanlıq quzu kimi olmuşam. Bu kanal deyir ki, o kanala niyə gedirsən, o kanal da deyir o birinə niyə getmisən. Mənə heç bir kanal lazım deyil. təşəkkür edirəm Space-ə, İTV-yə, indi qadağa da olsam da  “Lider” TV-yə  Bu kanal mənim səhnəyə gəlməyimdə böyük rol oynayıb. Mənə bu dəqiqə kanal lazım deyil, sosial gündəm o qədər qabağa gedib ki, nə edirəmsə, “instagram”da bir video paylaşıram, o mənə yetir. Amma həmişə demişəm, piarımda, Roza Zərgərli isminin Tanınmasında media böyük rol oynayıb.

-Veriliş aparmaq qonşudan qalma prinsipidir, yoxsa necə?

- Xeyr. 2014-cü ildən efirdəyik. Mədəniyyətimizi təbliğ edən bir layihədir.

-Hamı Miri Yusiflə duet oxumağa çalışır, belə bir fikrin yoxdur?

-Təklif olsa, oxuya bilərik. Miri Yusifi  çoxdan tanıyıram. İlk solo konsertimdə iştirak ediblər, o zaman çalışdığı “Dəyirman” qrupu ilə. İki duetim olacaq yaxınlarda, gənc müğənnilərlə.

-“Bakı Vaxtı  ilə” verilişinin hansı çəkilişi sizin üçün çətin olub ?

-Çətinlik deməzdim, amma ilk efiri heç vaxt unutmaram. Çox həyəcanlı idim, mətni o qədər əzbərləmişdim, ilk veriliş də Şövkət xanım haqqında idi. İlk üç verilişdə həyəcan və məsuliyyət çox olub.

-Toya gedirsiniz və hansı qiymətə?

-Bəli hazırda  toylara gedirəm. Uzağı ayda 5 toya gedirəm. Qiymət cox ucuzdur, 5500 manat və bu pul 10 nəfərdən ibarət musiqiçilər arasında bölünür.

Nihadə Eyyubova

Cəmilə Məmmədova

 







23 Yanvar, 2017  14:04 Baxılıb: 3034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner