Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YAP İCTİMAİ PALATANIN MİTİNQ KEÇİRƏCƏYİNƏ İNANMIR

"Onların aksiya keçirmək üçün imkanları və cəmiyyətdə dəstəkləri yoxdur”

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Simsar.az saytına açıqlamasında deyib ki, İctimai Palatanın bu qərarı imitasiya xarakteri daşıyır: “Azərbaycanda kütləvi aksiyaların keçirilməsi qanunla tənzimlənir. Hansısa ictimai təşkilat, siyasi partiya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq kütləvi aksiya keçirəcəksə, burada bir anormallıq görmürük. Əgər hansısa qurum qanuna zidd aksiya keçirməyə cəhd edəcəksə, müvafiq qurumlar bununla bağlı tədbirlər görəcək, aksiyanın qarşısı alınacaq. Digər tərəfdən isə İctimai Palata adlanan qurumun iyun ayında hansısa siyasi aksiya keçirməsi ehtimalı sıfıra bərabərdir. Onların kütləvi aksiya keçirməsi üçün nə resursları, nə potensialları, nə də ideyaları var. Ona görə də mitinq keçiriləcəyi haqda verilən bəyanat imitasiya xarakterlidir, özlərinin mövcud olduqları haqda təəssürat yaratmaq məqsədi daşıyır, faktiki olaraq kağız üzərindədir. Onların aksiya keçirmək üçün imkanları və cəmiyyətdə dəstəkləri yoxdur”.

Mübariz Qurbanlı bildirib ki, İctimai Palatanın aprelin 2-də və 17-də keçirdiyi aksiyalar qanuna zidd olub və ona görə də bu məsələ üzrə cinayət işi açılıb: “Qanuna zidd aksiyalar keçirənlərə qarşı haqlı olaraq cinayət işi başlanıb və bununla bağlı istintaq gedir. İctimai Palata adlanan qurumun keçirdiyi qanunsuz aksiyaların təhlili də göstərir ki, onların haylı-küylü bəyanatları yalnız və yalnız gözə kül üfürmək, hansısa dairələrə mövcud olduqlarını göstərmək məqsədi daşıyır. Onlar həmin aksiyalarda da lazımi qədər tərəfdar toplaya bilmədilər, vətəndaşların istirahət yerlərində aksiya keçirmək cəhdi də nəticə vermədi. Bundan sonra da belə olacaq”.

İctimai Palatanın Koordinasiya Şurası iyunun 12-də və ya 19-da mitinq keçirmək haqda qərar verib. Aksiyanın yeri və tarixi İctimai Palatanın sessiyasında dəqiqləşəcək.






25 May, 2011  21:37 Baxılıb: 1368 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner