Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Dövlət Universitetində “20 Yanvar” şəhidləri anılıb

Simsar.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) həyətindəki Şəhidlər abidəsinin qarşısında  anım tədbiri keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi haqqında məlumat verib, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Bu hadisənin Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdiyini və Sovet İttifaqına ciddi zərbə vurduğunu deyən rektor faciəyə Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rektor çıxışında qeyd edib ki, hadisələr zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib.

Akademik Vasim Məmmədəliyev, professor İzzət Rüstəmov “20 Yanvar”ın Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd ediblər.






19 Yanvar, 2017  14:23 Baxılıb: 1535 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner