Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

245 şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib

Əcnəbi və vətəndaşlığı olmayan 245 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 2 nəfərin isə vətəndaşlığı bərpa olunub.Bu barədə Simsar.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Xidmətdən bildirilib ki, həmin şəxslər Azərbaycan vətəndaşlığına Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qəbul ediliblər. DMX-də Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müdrik və uzaqgörən siyasətin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və son illər həyata keçirilən islahatların Azərbaycanı tərəqqiyə, parlaq gələcəyə apardığı bildirilib.Dövlət tərəfindən Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığı və bunun nəticəsində ölkəmizdə yaşayan hər bir insanın, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin onu özünə Ana Vətən hesab etdiyi qeyd edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda məhz “Multikulturalizm ili” elan olunması da bu ideoloji konseptin xalqımız və dövlətimiz üçün necə vacib əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi. Şübhəsiz, “Multikulturalizm ili” çərçivəsində həyata keçirilmiş tədbirlər ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi.Dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquq və azadlıqlarının qorunmasının aktual problemlərdən biri olduğu bildirilib. Diqqətə çatdırılıb ki, müharibə şəraitində yaşayan Azərbaycan dövləti nəinki öz vətəndaşlarının, həm də əcnəbilərin hüquqlarının qorunmasına həssas yanaşır və bunu təmin etməyə qadir olduğunu göstərir. Bu gün Azərbaycanda insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərin müddəalarının tətbiqi üçün lazımi siyasi-hüquqi baza yaradılıb. Mükəmməl qanunvericilik bazası əsasında fəaliyyət göstərən Dövlət Miqrasiya Xidməti üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışır. Dövlət Miqrasiya Xidmətində hər bir əcnəbinin müraciəti Miqrasiya Məcəlləsinə uyğun olaraq yerindəcə araşdırılır, ölkə qanunvericiliyi çərçivəsində müvafiq qərarlar qəbul edilir, onlara hüquqi yardım və dəstək göstərilir. Bütün bunlar ölkəmizin miqrantlara göstərdiyi qayğı və münasibətin təzahürüdür. Sadalanan bu amillərin nəticəsidir ki, əcnəbilərin ölkəmizdə yaşamaq, işləmək, təhsil almaq maraqları, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayı ildən-ilə artmaqdadır.Görüşdə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə bu arzuya qovuşaraq AzərbaycanRespublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunan şəxslərin hər birinin Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqları inamla ifadə edilib.Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslər and içiblər.Vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər öz sevinclərini bölüşüb, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildirib, bu böyük etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.Tədbir dövlət himninin ifası ilə başa çatıb.






19 Yanvar, 2017  12:15 Baxılıb: 1455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner