Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcüstanda demokratiyadan sui-istifadə edirlər

Nino Burcanadze: "Sanksiya biz özümüzük, istədiyimiz yerdə və istədiyimiz qədər etiraz aksiyası keçirə bilərik və keçirəcəyik"

Gürcüstanın paytaxtı Tiflis şəhərində müxalifətin təşkil etdiyi mitinq davam edir. Şəhər hakimiyyətinin kütləvi aksiya üçün ayırdığı vaxt başa çatsa da, müxalifət qüvvələri dağılışmayıb. Bu barədə Tiflisə ezam olunmuş əməkdaşımız Tofiq Yaqublu məlumat verib. 


Onun sözlərinə görə, Tamaz Kostava küçəsində toplaşan və əsasən eks-spiker Nino Burcanadzenin tərəfdarlarından və Ağlar partiyasının üzvlərindən ibarət olan etirazçıların sayı təxminən 1200 nəfərdir: "Buna baxmayaraq, onlar böyük haray-həşir yarada biliblər. Polis onlara müdaxilə etmir. Mitinqçilərin əlində dəyənəklər var. Hamısı döyüşə hazır vəziyyətdədir. Bununla belə, polis onlara dəyib-dolaşmır, sakitcə bir tərəfdə dayanıb gözləyirlər. Tiflis sakinindən aldığım məlumata görə, sona qədər belə olacaq. Çünki burada icazəli mitinq söhbəti yoxdur. İnsanlar istədikləri vaxt istədikləri yerdə istədikləri sürəklilikdə kütləvi aksiya keçirə bilərlər".

T.Yaqublunun verdiyi xəbərə görə, Saakaşvili hakimiyyətinə qarşı etiraz mitinqinə çıxanlar nə qədər aqressiv olsalar da, onlara qoşulmayan camaat o qədər təmkinlidirlər: "Burada xeyli sadə insanla söhbətləşdim. Hamısı deyir ki, Burcanadze Moskvanın sifarişini yerinə yetirir, Gürcüstanı qarışdırmaq istəyirlər. Açıq gözlə də görünür ki, burada müxalifətin elə də güclü dəstəyi yoxdur. Hazırda mitinqçilər Azadlıq meydanına doğru hərəkət edirlər. Maraqlıdır ki, Gürcüstanda fəaliyyət göstərən 3 telekanal aksiyanı xalqı canlı yayımla göstərirlər".

***

T.Yaqublunun verdiyi xəbərə görə, Tiflisdə aksiya keçirənlərin sayı artıb: "İndi onlar təxminən 3-4 min nəfərdirlər və parlament binasının qarşısında toplaşırlar. Polislər küçə boyu maşınların hərəkətini dayandıraraq nümayişçilərin sərbəst hərəkətinə şərait yaratdı və onlar istədikləri yerdə maneəsiz toplaşdılar. Mən Nino Burcanadzedən aksiya üçün sanksiya alıb-almadıqlarını soruşdum. O, saymazyana şəkildə dedi ki, sanksiya biz özümüzük, istədiyimiz yerdə və istədiyimiz qədər etiraz aksiyası keçirə bilərik və keçirəcəyik".






25 May, 2011  21:02 Baxılıb: 1127 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner