Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müxalifət Avropaya ağız açdı

Qovulan tələbələrə təhsil verin

Simsar.az saytının məlumatına görə, müraciətdə deyilir ki, son zamanlar Azərbaycan hakimiyyəti repressiyaları genişləndirib: “Bu dəfə hədəfə alınan siyasi fəal gənclərdir ki, hakimiyyət onları fiziki təzyiqlə, şərləmə yolu ilə həbsə atmaqla yanaşı, həm də təhsil aldıqları ali məktəblərdən xaric etməklə təhdid edir. Belə addımlar hakimiyyətin siyasi repressiya arsenalında yeni olmasa da, son aylarda bu, kütləvi xarakter alıb. Belə ki, Tural Abbaslı, Cavid Mehrəliyev, Cabbar Savalanlı və digərləri siyasi görüşlərinə və apardıqları mübarizəyə görə təhsil aldıqları universitetlərdən xaric ediliblər”.

Müraciətdə vurğulanır ki, hakimiyyətin bu addımları demokratik ruhlu gəncliyi mübarizədən çəkindirməyə və qorxutmağa yönəlib və Azərbaycan gəncliyinin mübarizə əzminə neqativ təsir göstərir: “Analoji addımlar vaxtilə Belarusda mövcud olan Lukaşenko rejimi tərəfindən də atılıb ki, bizə bəlli olan məlumata əsasən, Avropa Birliyi ölkələri bu repressiyaların qarşısını almaq və siyasi motivlərlə təhsil imkanından məhrum edilmiş Belarus tələbələrinin təhsilini Avropa ölkələrində davam etdirməsi üçün xüsusi bir proqram həyata keçirib”.

Müraciətində İctimai Palata Avropa Birliyindən Azərbaycana dair də anoloji proqramın həyata keçirilməsini xahiş edir: “Belə bir addım Azərbaycanın tələbə-gəncliyinin demokratik Avropa dəyərlərinin yayılması uğrunda mübarizəsinə əvəzsiz dəstək və töhfə olardı”.






25 May, 2011  20:59 Baxılıb: 1203 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner