Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan mövqeyini qətiləşdirdi

Elmar Məmmədyarov: “Soyuq Müharibənin bitməsi Qoşulmama Hərəkatının rolunu zəiflətməyib”

Xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziya səfəri çərçivəsində bu gün Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransı və Yubiley Görüşünün açılış mərasiminə qatılıb və çıxış edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov deyib ki, İndoneziya Azərbaycan Respublikasının artıq tərəfdar olmaq istəyini təsdiqlədiyi və hörmət etdiyi tarixi Bandunq Prinsiplərinin yarandığı yerdir.

O, Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünə verilən dəstəyə görə Hərəkatın bütün üzvlərinə minnətdarlığımı bildirib. Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman müxtəlif din, etnik qrup və fəlsəfələrin birgə yaşayış və tolerantlıq məkanı olub. Mədəniyyətlər arasında körpü və Sivilizasiyalar Alyansının Dostluq qrupunun fəal üzvü kimi Azərbaycan qarşılıqlı hörmət və anlayışa əsaslanan dinlər və mədəniyyətlər arası dialoqu təşviq etmək məsuliyyətini hiss edir. Onun sözlərinə görə, Soyuq Müharibənin bitməsi heç də qoşulmamış ölkələrinin siyasi əlaqələndirici mexanizmi kimi fəaliyyət göstərən Qoşulmama Hərəkatının rolunu zəiflətməyib.

Elmar Məmmədyarov bildirib ki, sürətlə dəyişən beynəlxalq mühitlə effektiv şəkildə üzləşmək iqtidarında ola biləcək daha yaxşı əlaqələndirilən və effektiv bir Hərəkatı reallaşdırmaq üçün yeni yollar və vasitələr araşdırılmalıdır: “Bu həm mövcud mexanizmlərin, o cümlədən Əlaqələndirici Büro, İşçi və ya digər qrupların gücləndirilməsi, həm də beynəlxalq təşkilatların ali orqanlarına üzvlüklə bağlı bir-birimizin namizədliklərimizin dəstəklənməsi və bu orqanlarda fəaliyyətlərimizin və qərarlarımızın əlaqələndirilməsi kimi yeni yolların araşdırılması ola bilər”.

Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan BMT çərçivəsində razılaşdırılmış məqsəd və vəzifələrin inkişafının həyata keçirilməsinə töhfə verməkdə qərarlıdır. Azərbaycan hamı üçün önəmli olan yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi artımın təşviq edilməsinə, davamlı inkişaf və qlobal çiçəklənməyə tam dəstəyini nümayiş etdirir və mütəmadi səylər göstərir: “İnkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrin, həmçinin təbii fəlakətlərdən zərər çəkmiş ölkələrin bərpası üçün onların xüsusi ehtiyaclarının qarşılanmasına və həssas məqamlara xüsusi əhəmiyyət veririk. Son 5 ildə Azərbaycan müxtəlif regionların bir neçə ölkəsinə geniş humanitar yardım göstərib və onların milli inkişaf strategiyalarının həyata keçirilməsinə öz töhfəsini verib. Bir daha Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın tam üzvlüyünə dəyərli dəstəyə görə öz dərin minnətdarlığımı bir daha bildirəm”.






25 May, 2011  20:34 Baxılıb: 1294 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner