Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

195 milyon manat əlavə pul

Sosial Müdafiə Fondununun büdcəsi artır

Azərbaycan Milli Məclisinin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında» qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Simsar.az-ın məlumatına görə, Komitənin sədri Hadı Rəcəbli bildirib ki, layihəyə əsasən, Dövlət Sosial Müdafiə Fondununun 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsait əlavə olunacaq.

Qeyd edək ki, bu yaxınlarda «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixinədək və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq. Bu dəyişikliyin həyata keçirilməsi üçün DSMF-yə 1 iyul tarixindən etibarən əlavə olaraq 195 mln. manat vəsait lazımdır.

Dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.






25 May, 2011  19:56 Baxılıb: 1366 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner