Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir KVN Beynəlxalq ittifaqının prezidentinə məktub göndərib

Azərbaycan Gənclər və İdman Nazirliyi "Şən və Hazırcavablar klubları"nın Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma Dağlıq Qarabağ Respublikasının təmsil olunması ilə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Simsar.az -a verdiyi məlumata görə, bəyanatda deyilir:

“Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalının seçmə mərhələsində ümumilikdə 500-ə yaxın komanda qeydiyyatdan keçib. Azərbaycan bu festivala “Bakı Yığması” ilə qatılıb. “Şən və hazırcavablar klubu”nun (KVN) beynəlxalq ittifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvəti ilə əlaqədar məsələyə müdaxilə edilməsi üçün gənclər və idman naziri Azad Rəhimov tərəfindən KVN Beynəlxalq ittifaqının prezidenti Aleksandr Maslyukova məktub göndərilib və festivalın təşkilat komitəsi ilə danışıqlar aparılıb.

Qoyulan əsas tələbin isə ya o komandaların orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak etmələri, ya da həmin komandaların yarışmadan ayrılmaları idi. Bununla yanaşı, bu mövzu ilə əlaqədar olaraq Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib, Rusiya XİN-ə nota göndərilib".

Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə “Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Ermənistanın 28-ci Beynəlxalq KVN festivalını Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğat meydanına çevirmək kimi çirkin niyyəti və planı baş tutmamışdır. Ermənistan tərəfi bu uğursuzluğa bəraət qazandırmaq üçün seçmə mərhələsində 500 komanda arasında 2-3 dəqiqəlik “razminka”nı iştirak kimi təqdim etməyə çalışır.

Ermənistan 2-ci tura yalnız Moskvada olan “Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.






16 Yanvar, 2017  14:02 Baxılıb: 1677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner